Rektoru rənglədilər - FOTO

MARAQLI
17:36 15.02.2011
1826

AZXEBER.COM portalının “NTV” kanalına istinadan verdiyi xəbərə görə, rektor  Muje Ruqova universitetin 41-ci ildönümü münasibəti ilə təşkil edilən konfransa qatılıb. Konfransda çıxış edən rektor kürsüdə bir neçə dəqiqə danışdıqdan sonra, tələbələrdən birinin boyalı hücumuna məruz qalıb.

Konfransın ortasında “Universiteti bu vəziyyətə gətirdiyin üçün utanmalısan” şüarı ilə rektorun üstünə 3 şüşə qırmızı boya atan tələbə təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zaldan çıxardılıb.

 

Üst-başı qırmızı boya olan rektor  danışığına ara vermədən “Alban xalqı qırmızını sevir. Demokratiyada belə şeylər olar” sözləri ilə zaldakıların diqqətini özünə çəkməyə nail olub.

Hadisənin ardından iki tələbə polis tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

 

 

110215rektorkirmizii.widec{jcomments off}

 

 

 


OXŞAR XƏBƏRLƏR