Qadın son anda qatarın altında qalmaqdan qurtulub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətində yaşlı qadın xəbərdarlıqlara məhəl qoymadan relsləri keçməyə çalışıb.
Yaşlı qadın relslərdə ikən qatarın stansiyaya gəldiyini görən 59 yaşlı polis məmuru Kamleş Kumar Dubey son anda qadını stansiyadan platformaya çəkərək həyatını xilas edib.
Hindistan Dəmir Yolları Nazirliyi sosial şəbəkə hesabında görüntüləri paylaşıb.
Yaşlı qadının ölümdən döndüyü anlar stansiyanın təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Ayşən