"Rəmişin yanına gedəcəyim günləri sayıram" - Gülü

"Rəmişin yanına gedəcəyim günləri sayıram" - Gülü
MAQAZİN
21:19 30.05.2022
678
"Sosial şəbəkələrə heç vaxt həvəsim yoxdur. Amma hər zaman media ilə münasibətim yaxşı, dost münasibəti olub. Bir müddət əvvəl Atv-dən aparıcı-jurnalist Vüqar Kamiloğlu ilə Şahin Cavadsoy bizə çəkilişə gəlmişdilər. Mənə dedilər ki, gəl sənə instaqram səhifəsi açaq. Sağ olsunlar, səhifəni açdılar. Mediaya bir köynək daha yaxın oldum. Düzdü çox başım çıxmasa da, elə onlar işlədirdilər. Mən bilirsiniz niyə instaqram səhifəsi açmağa razılıq verdim? Çünki efirə çıxıb, yalan məlumatlar verirlər, olmayan şeyləri danışırlar. Ona görə mən istədim ki, düzgün olan məlumatları xalqa çatdırım".

AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Rəmişin həyat yoldaşı Gülü deyib. O, daha sonra öz razılığı ilə açılan instaqram səhifəsini bağlatdırıb. Səbəbinə gəlincə isə...

"Bəzi insanlar görürdüm ki, mənim haqqımda pis fikirdədirlər. Təbii ki, hamı yox! Yaxşı söz yazanlara öz minnətdarlığımı bildirirəm. Bilməyib məni təhqir edirdilər. Onlardan dəfələrlə xahiş etdim ki, məni təhqir etməyin, mən sizi tanımıram, siz də məni tanımırsınız. Mənim taleyimdən, yaşayışımdan heç kəsin xəbəri yoxdur. Mənim sizlə işim yoxdur, sizin də mənimlə işiniz olmasın. Əgər məndən xoşunuz gəlmirsə, baxmayın, ötürün keçin. Olmayan şeyləri yazmayın, nə lazımdırsa soruşun, sonra yazın. Vüqardan xahiş etdim ki, səhifəni bağlasın. İnanın elə aktiv səhifə idi ki, 1 günə 2 mindən çox izləyici gəldi. Videoları 20 min insan izləyirdi. Hətta Vüqar deyirdi ki, mən bilməzdim ki, Gülü də Rəmiş qədər ictimaiyyətin böyük bir kütləsi tərəfindən sevilir. Rəmişimin yoxluğu ilə hələ də barışa bilmirəm, bu qış mən evdə kombi yandırmadım. Görmüşük ki, insan rəhmətə gedir, 1 ildən sonra unudulur. Amma Rəmiş mənim yadımdan heç vaxt çıxmayacaq, onun yanına gedəcəyim günləri sayıram. Bu sevgi yalnız "Leyli və Məcnun"-da, bir də bizdə oldu" - deyə Gülü bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı