Renat Dadaşov “Liverpul”a qol vurdu - VİDEO

Renat Dadaşov “Liverpul”a qol vurdu - VİDEO
İDMAN
12:25 30.01.2020
6792

Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi İngiltərənin "Vulverhempton” klubunun U-23 komandası "Liverpul”un eyni yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 49-cu dəqiqədə məhz Dadaşov vurub. 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

"Vulverhempton” bu grüşdə qələbə qazansaydı, qrup qalibi kimi növbəti mərhələyə yüksələcəkdi. Amma 3 xalla qrup sonuncu yerdə bitirib. "Liverpul”, PSJ və "Atletik” isə 4 xalla qrup birincisi olub.

OXŞAR XƏBƏRLƏR