"Rene Ruke Azərbaycandan üzr istəməlidir"

SİYASƏT
11:00 25.05.2014
1685

"Avropa Şurası Parlament Assamleyası Bürosunun Assamleyanın fransalı vitse prezidenti Rene Rukeye viza verilməməsi səbəbindən 2 il müddətinə ölkəmizdə komitə iclaslarının keçirilməsinin dayandırılması barədə qərarı ciddi təssüf doğurur".

Bunu millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkilinin fikrincə, Fransalı millət vəkili Rene Rukeye Azərbaycana gəlmək üçün vizanın verilməməsinin səbəbi onun Azərbaycanın işğal altında olunmuş ərazilərinə Azərbaycan dövlətinin icazəsi olmadan səfər etməsi, orada separatçı erməni rejimi nümayəndələri ilə görüşlər keçirməsidir:
"Rene Rüke bu məsələni bir müddət öncə Parlament Assamleyasının iclasında da qaldırmış və Azərbaycan Xarici İşlər Nazirliyinı onun adını “qara siyahıya” daxil etməkdə suçlamışdı. O öz hərəkətinə görə nəinki üzr istəməmişdi, hətta Azərbaycanı suçlu çıxarmağa çalışmışdı. Həmin toplantıda Azərbaycan nümayəndə heyətinin üzvü kimi mən çıxış edirdim və o zaman bütün Assambleya üzvləri qarşısında Rene Rukeye, “Azərbaycanın yerinə Fransa olsaydı və mən sizin atdığınız addımları atsaydım Fransa Xarici İşlər Nazirliyi hansı addım atardı?” deyə sual etmişdim.
Qənirə Paşayeva Assambleya üzvlərinə də müraciətlə qurum üzvlərinin bu kimi addımlarının təşkilatın ana prinsiplərindən biri olan ərazi bütövlüyünə qarşı böyük sayğısızlıq olduğunu və bu kimi hallara son qoyulması üçün ciddi addımlar atılmasına ehtiyac olduğunu da bildirmişdi:
"O zaman da bildirmişdik ki, kimliyindən asılı olmayaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanunu səfər edən hər bir şəxs Azərbaycanda “qara siyahıya” düşəcək və hər kəs bunu ciddi diqqətə almalıdır. Amma təəssüf ki, Rene Ruke hətta Azərbaycandan bu addımına görə üzr belə istəməmişdi və bu günə qədər də üzr istəməyib. Biz heç bir zaman onun Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin yerinə yetirilməsinə çağıran, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən pozulan hüquqları barədə bir cümləsini belə eşitmədik, tam əksinə müxtəlif məsələlərdə Ermənistana dəstəyini isə çox şahidi olduq. Ona görə də Avropa Şurası Parlament Assamleyası bürosu Azərbaycanla bağlı bu qərarı verməzdən öncə, Assamleyanın üzvü, vitse-prezidenti Rene Rukenin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərinin nə qədər yanlış olması barədə açıqlamalar verib, ona bu yanlışını düzəltmək üçün ən azı ilkin addım olaraq peşmançılıq hissi keçirərək üzr istəməsinin vacibliyini bildirsələr və bu kimi hallara son qoyulması istiqamətində ciddi addımlar atsalar təşkilat üçün, onun bu günü və gələcəyi üçün daha önəmli olardı".
Millət vəkili bildirib ki, bu kimi hallar təşkilatın özünün də prinsip və etibarına ciddi zərər vurur:
"Qəbul edilən qərar ciddi təssüf doğurur".
OXŞAR XƏBƏRLƏR