Xəbər verdiyimiz kimi prodüser Təranə Səmədova ilə rəqqasə Rəna Ağamuradova arasında Şamaxı rayonunda ATV-nin çəkilişi zamanı dava düşüb. Hər iki xanım bir-birilərinə söyüşlər söyərək, təhqir ediblər.
Hər iki tərəf açıqlamalarında bir-birilərini sərt tənqid ediblər.
AZXEBER.COM məsələ ilə bağlı kiçik araşdırma apararaq rəqqasə və prodüserin dalaşması ilə bağlı maraqlı faktlar ortaya çıxarıb. İllər əvəl Renka prodüserin iki il ard-arda ad günündə iştirak edib.
Bu faktı prodüser açıqlamasında da təsdiq edib.
"Bəli Renka mənim ad günümdə iştirak edib. Amma heç birində mən onu dəvət etməmişəm. 2014-cü ildə keçirilən ad günümdə müğənni Sevinc Ağaşirinova onu mənə hədiyyə kimi gətirmişdi. Sağolsun amma mənə rəqqasə lazım olsaydı özüm də təşkil edə bilərdim. Daha sonra 2015-ci ildə dostum Ruslanla çalışırdı. O da Renkanı gətirmək üçün məndən xahiş etdi, mən də razılaşdım. Həmin vaxt Renka hətta mənə hədiyyə də verdi. Bəs indi niyə deyir ki, bu adamla adamın yanaşı çəkilməsini istəmirəm.”
Prodüser davanın əsas səbəbinin nə olduğunu da açıqlayıb: "Renka eks sevgilisinə xəyanət edirdi. Sevgilisi də bundan xəbər tutdu. Renka da elə bilir ki, onu sevgilisinə mən demişəm. Hər kəs bilir ki, mən hər zaman xanımlara dəstək olmuşam.”