Repetitor ( KÖŞƏ)

KÖŞƏ
18:52 25.03.2011
2520

Repetitor

Bu gün Azərbaycanda təhsil sahəsində müəyyən işlər görülür. Belə ki, yeni yeni məktəblərin açılması kimi müsbət işlər görülüb. Həmçinin məktəblərin təmir edilməsi kimi fəaliyyətlər həyata keçirilir. Bütün bunlarla birlikdə təhsilimizin mənfi tərəfləri də mövcuddur. Belə ki, rüşvət, repetitor kimi, xoşagəlməz hallar mövcuddu. İstər aşağı siniflərdə istərsə də, yuxarı siniflərdə bu xoşagəlməz hallar hələ də, öz mövcudluğunu qoruyur.

Birinci sinifdən başlayaraq dördüncü sinfə kimi sinif rəhbərləri uşaqları dərsdən sonra sinifdə saxlamaqla əlavə dərs keçir və bunun müqabilində valideynlər müəllimlərə pul verir. Bu problemin ortaya çıxmasında birinci növbədə valideynlər günahkardı.  Belə ki, müəllimlər hər bir uşaqlardan 30-40 manat arasında pul yığır ki, bu da düşünsək ki, hər sinifdə 15-20 şagird var o zaman ortaya fərqli mənzərə çıxır. Uşaqlar dərsdən sonra evə geri qayıtdıqdan sonra valideyn öz uşağıq ilə maraqlanmamaq üçün öz uşağını dərsdən sonra repetitor yanına göndərir. Bu proses sonrakı siniflərdə də davam edir.

Beşinci sinifdən doqquzuncu sinfə kimi müəllimlər artıq öz evində  repetitorluqla məşğul olurlar. Bunu da bilirik ki, müəllimlər şagirdə öz biliyinin qarşılığında qiymət yazmır və uşağa bildirir ki, yanıma hazırlığa gəl. Müəllimlər öz biliyini şagirdə məktəbdə tam şəkildə çatdırmır, ancaq repetitorluq etdikdə bunun tərsi olur. Daha sonra uşaqlar repetitorun yanına gedir və sonrakı qiymətlərinə baxdıqda şagirdin qiyməti 4-5 olur. Onda belə bir sual ortaya çıxır ki, necə olur ki, uşaq repetitorun yanına getməyəndə 3-4 alır, daha sonra isə hazırlığa getdikdən sonra şagirdin qiymətləri 4-5 olur? Bu siniflərdə uşaqlar repetitorun yanına getdikdə hər fənnə 30-40 manat pul ödəyir.

Daha sonra uşaqlar ali məktəblərə hazırlaşmaq üçün uşaqlar repetitor yanına gedirlər. Bunun ortaya çıxmasında həm müəllimlərin həm də valideynlərin günahı var. İlk öncə valideynlərdən bəhs edək.  Belə ki, valideynin imkanı olmadığı halda uşağını repetitor yanına göndərir. Bunun da əsas səbəbi hamının uşağı gedir niyə mənim uşağım getməsin düşüncəsi cəmiyyətimizdə mövcuddu. Həmçinin bu gün valideynlər müəyyən yollarla öz uşaqlarını məktəbə göndərmirlər və bunun  müqabilində uşaq repetitor yanına gedir. Digər tərəfdən müəllimlər də, təsir etməkdədi. Bu gün məktəblərdə müşahidə apardığımızda yuxarı siniflərdə dərsdə müəllimlə birlikdə 5-8 şagird olur ki, sual ortaya çıxır bəs digər şagirdlər harada olurlar?  Belə ki, müəllim məktəbdə uşaqlar ilə o qədər də maraqlanmır və deyir ki, qoy yanıma gəlsin orda öyrədərəm. Əgər məktəbdə müəllimə şagirdlə yaxından maraqlansa repetitorluğa heç bir ehtiyac olmazdı. Müəllimlər bunu əsasən bildirirlər ki, maaş azdır və buna görə repetitorluqla məşğuldular. Fənnlərin qiymətinə gəldikdə 50-70, hətta 80 manat arasında dəyişir.

Bütün bunlardan belə bir nəticə çıxır ki, təhsilimizdə bu problem var və var olacaq. Bu problem o zaman ortadan qalxacaq ki, cəmiyyətimiz özü bir şeylər etsin.

 

 

OXŞAR XƏBƏRLƏR