Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edildi
SOSİAL
17:50 25.05.2022
423
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

AZXEBER.COM-un xəbərinə görə, bu vəzifə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla ləğv olunub.

Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsini Əli Abdullayev tuturdu.
OXŞAR XƏBƏRLƏR