“Rəqəmsal Kələğayı: ənənə və müasirlik” layihəsinə start verilir

“Rəqəmsal Kələğayı: ənənə və müasirlik” layihəsinə start verilir
SOSİAL
17:37 10.06.2026
106

Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqəsinin VII istiqaməti üzrə təqdim etdiyi "Rəqəmsal Kələğayı: ənənə və müasirlik” adlı layihə ilə qalib seçilib.


AZXEBER.COM xəbər verir ki, layihənin icrasına artıq start verilir. Müxtəlif rayonları əhatə edən layihə çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Layihə üzrə ilk tədbir 12 iyun saat 12:00-da Qax rayonunda, növbəti tədbir 15 iyun saat 12:00-da Balakən rayonunda, sonuncu mərhələ isə 25 iyun saat 12:00-da Şamaxı rayonunda təşkil olunacaq.


Bildirilib ki, təlimlər milli moda, kələğayı sənəti və rəqəmsal dizaynın sintezi mövzusunda keçiriləcək. Tədbirlərin əsas məqsədi ənənəvi mədəni irsin müasir rəqəmsal texnologiyalar vasitəsilə təbliği, gənclərdə yaradıcı düşüncə və dizayn bacarıqlarının inkişaf etdirilməsidir.


Layihənin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru İlahə Qismət, təlimçisi isə bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, rəssam və rəqəmsal dizayner Əhməd Nəbiyevdir.


Qeyd edək ki, tədbirlərin sonunda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılacaq. İştirak ödənişsizdir, giriş sərbəstdir.

OXŞAR XƏBƏRLƏR