Rəqəmsal TV Quba rayonunda yayıma başlayacaq

İQTİSADİYYAT
12:45 17.02.2014
1533
Yayım paketinə 70-dən çox TV proqram daxildir.
DVB-T2 rəqəmsal televiziyanın kommersiya paketi Qubada mart ayının ortalarında istismara veriləcək.
Bu haqda məlumatı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-dən veriblər.
Kommersiya paketi, həmçinin yaxın rayonlarda da (Qusar, Xaçmaz, Şabran və d.) istifadə oluna biləcək.
Rəqəmsal kommersiya paketinə qoşulma tarifi Gəncədə fəaliyyət göstərən paketin tarifinə (52 AZN) müvafiq olacaq.
Məbləğə aylıq abunə, tünerin və SMART-kartın ödəməsi daxildir.
Kommersiya paketinin aylıq qiyməti 6 manatdır (Trend).

OXŞAR XƏBƏRLƏR