'Rəqibə şans vermədik'

İDMAN
09:45 16.08.2012
1381
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Bəhreynlə yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı öncə azarkeşlərə təşəkkür edib: “Bu isti havada komandamıza dəstək verdikləri üçün onlara təşəkkür edirəm. Komandadan razı qaldım. Rəqibə şans vermədik”.Foqts daha sonra bildirib ki, müdafiədə bəzi səhvlərə yol veriblər: “Amma İsraillə seçmə mərhələ oyununda bunu etməməliyik. Müdafiədən hücuma keçən zaman çatışmazlıq vardı. Bunu üzərində işləməliyik”.Xatırladaq ki, millimiz Bəhreyni 3:0 hesabı ilə darmadağın edib.

OXŞAR XƏBƏRLƏR