Rəqqasə Aytən qayıtdı

MAQAZİN
17:38 03.08.2012
2674
İki ildir Azərbaycandan uzaq düşən, hətta ölüm xəbəri belə yayılan rəqqasə Aytən vətənə qayıdıb.AZXEBER.COM Muz TV-yə istinadən verdiyi xəbərə görə, isti yay günündə “Rəqs edək” adlı mahnısına klip çəkdirən müğəninin daha bir yeniliyi var. Belə ki, o ikinci klipinin çəkilişi üçün Türkiyəyə yollanacaq. Uzun müddət gözdən uzaq könüldən iraq qalan Aytənin bu dəfə şou-biznesə qayıdışı deyəsən, rəqqasələri yox, müğənniləri qıcıqlandıracaq. Çünki artıq o,müğənni kimi çıxış edəcək.    Qeyd edək ki, klipin rejissoru Nail Naiboğlu ərsəyə gətirəcəyi ekran işinə görə külli miqdarda pul alıb. Elə bu səbəbdən də o, müğənninin bəzi kaprizlərinə dözməyə məcbur olub.

OXŞAR XƏBƏRLƏR