Rəqqasə Renka əsəbiləşdi: "Uşaqlarımın şəkillərini..."

Rəqqasə Renka əsəbiləşdi: "Uşaqlarımın şəkillərini..."
MAQAZİN
17:20 16.07.2022
355
Rəqqasə Renka (Rəna Ağamuradova) övladları ilə bağlı artıq heç nə paylaşmayacağını bildirib.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, rəqqasə bu barədə öz şəxsi "Instagram” hesabında yazıb. 

"Bu gündən sonra uşaqlarımın şəkillərini paylaşmayacağam. Ailəmə aid nə varsa, heç nə. Çünki əsəblərim artıq dözmür. Bu həyatda o qədər qurdlu, pis insanlar var ki.. Uşaqlara yazdıqları şərhlərə baxıram əsəblərim pozulur. Mən də anlayıram ki, hamının cavabını verə bilmərəm. Elə yaxşısı onları paylaşmıyım”, - Renka deyib. 

Xatırladaq ki, Rəna Ağamuradovanın bir oğlu və bir qızı var. Uşaqları ilə istirahətdə olan rəqqasə bir neçə gündür ki, instaqramda onlarla tətil şəkillərini paylaşırdı.
OXŞAR XƏBƏRLƏR