Rəqs videosunu paylaşan Madonna: "Hərəkət edə bildiyim üçün şanslıyam" - VİDEO

Rəqs videosunu paylaşan Madonna: "Hərəkət edə bildiyim üçün şanslıyam" - VİDEO
MAQAZİN
16:23 29.07.2023
505
"Popun kraliçası" adlandırılan müğənni Madonnanın xəstəxanadan evə buraxıldıqdan sonra ilk görüntüləri yayılıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, ağır infeksiyaya yoluxan sənətçi sosial şəbəkədə yeni videosunu paylaşaraq fanatlarına artıq sağaldığını bildirib. 

Madonna yayımladığı videoda rəqs edib.

O, paylaşıma, "Bədənimi yenidən hərəkət etdirə bilmək və yenidən rəqs etməyi bacarmaq mənə dünyanın ən şanslı insanı kimi hisslər verir", - sözlərini də əlavə edib. 

Qeyd edək ki, bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilən amerikalı müğənni Madonna iynun 29-da xəstəxanadan evə buraxılıb. 64 yaşlı müğənni şəxsi təcili yardım maşını ilə Nyu-Yorkdakı evinə aparılıb. 
 
OXŞAR XƏBƏRLƏR