Rəqsanə: ''Ailəmə zor tətbiq edənlərin hüquqi yolla cəzalanmalarını istəyirəm''

Rəqsanə:
MAQAZİN
16:54 15.10.2012
1819

Müğənni Rəqsanə İsmayılovanın keçmiş sevgilisi Faiq Azayev bu günlərdə mətbuata açıqlama verərək, adının müğənniylə məhkəmə qalmaqalında hallanmasıyla bağlı fikirlərini bildirib:

“Öz dələduzluğunu gizlətmək üçün bizi məhkəməyə verib, onun reklama ehtiyacı var, mən və qardaşım öz işimizdəyik, vəzifədən uzaqlaşdırılmamışıq. Ailəsi məhkəmədə ifadə verməkdən boyun qaçırdı, ona görə də məhkəməyə polislər tərəfindən gətirildi. Vaxtilə onun maşınının, evinin xərclərini mən ödəmişəm. Bir neçə dəfə ağlayıb, səhvlərinin bağışlanmasını istəyib”.

Ünvanına işlədilən ifadələrin kökündən təkzib edən Rəqsanə öz mövqeyini açıqlayıb. Bu barədə AZXEBER.COM-a müğənninin mətbuat katibi məlumat verib:

“Bu cür insanlarla bir mövzuda hallanmağımı özümə ayıb bilirəm. Amma əsassız iddialar ictimaiyyətdə çaşqınlıq yaradır deyə, danışmağı üstün bildim. Vurğulayım ki, dələduzluq faktı ilə öncə mən onları bir ilə yaxındır məhkəmə vermişəm. Mənim şikayətim əsasında Azayevlərə qarşı cinayət işi açılıb. İddiaçı tərəf özləri ilə birgə əlavə 4 nəfər tapıb məhkəməyə cəlb ediblər. Onlar yalançı şahiddirlər. Fakt olmayan yerdə sübutdan söhbət belə gedə bilməz. Mənim reklama ehtiyacım yoxdur. Çünki sənətim var. Uzun həftələrdir Bakıda deyiləm. İnsanlar məni məhkəməyə görə axtarmırlar ki? Əksinə, adımın məhkəmədə, əsasən də bu cür insanlarla birgə hallanması məni narahat edir”.

Tərəflərin mübahisəsi zamanı qardaşların vəzifədən uzaqlaşdırıldığı kimi xəbərlər dolaşdı və Azayevlər bunu təkzib edib. Rəqsanə isə kiminsə işdən uzaqlaşdırılmasına deyil, vaxtilə vəzifəyə qayıtması üçün minnətçi düşdüyünü söyləyib: “Guya anam məhkəməyə ifadə verməkdən boyun qaçırdığı üçün polislər tərəfindən iclasa gətirildiyi iddia edilib. Kənardan görülən bir hadisəni öz xeyirlərinə yozmaq bəlkə də inandırıcı ola bilər. Ailəmin dəfələrlə həmin insanlar tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alaraq anamın təhlükəsizliyini düşünmüşəm. Anam xəstədi və hər xırda problemə görə, səhhəti pisləşə bilər. Durumu nəzərə alıb, özüm xahiş etdim ki, polislərin nəzarət altında olsun və bu səbəblə də məhkəməyə polislə birgə gedib.

Onlar mənim yüksək borcum olduğundan danışırlar. Mən maddiyyat üzərində dostluq yaradan insan deyiləm. Ətrafımdakılar bunu gözəl bilirlər. Adi hesabları belə mən ödəyirdimsə, onlar hansı xərclədiyi pullardan danışırlar? Yalançı ifadələrdən biri mənim onlara zəng vuraraq bağışlanmağımı istəməyimdir. Bağışlanmasını istəyən adam heç məhkəməyə üz tutar? Bu qədər yalan danışdıqlarını görüb, özümü qınayıram ki, gör, mən kimləri tanımışam? Əgər mən onların pulu ilə dolanırdımsa, onda bu gün acından ölürəm? Bu gün ətrafıma sağlam insanlar toplamışam və sənət işim əvvəlkindən də yaxşıdır. Çoxdandır həllini düşündüyüm layihələr hazırlanır. Bəziləri Moskva və Türkiyədə ərsəyə gəlir. Yaxşı dostlarım çoxdur.

Hamının yanında da hörmətim var. Çörəyimi tapdalayanlardan üz çevirirəm. Hüququmu tapdalayanları, ailəmə zor tətbiq edənləri isə hüquqi yolla cəzalanmalarını istəyirəm. Buradan bildirirəm ki, məhkəmə bitən ərəfələrdə mənə böhtan atan həmin insanların dilindən ailəmə, özümə toxunmayacaqları barədə kağız tələb edəcəm”.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."