Müğənni Rəqsanənin məclislərin birində geyindiyi libası ötən gün sosial şəbəkələrdə müzakirə edilib.AZXEBER.COM-un məlumatına görə, bəzi saytlar bu müzakirədən belə qənaətə gəliblər ki, Rəqsanə bu geyimini xalq artisti Aygün Kazıımovanın “Türkiyə Musiqi Ödülləri” mükafatlandırma mərasiminə geyindiyi libasa oxşarıdır. Qızı Aysunun əl işi olan bu libasın əslində oxşar olmadığını bildirən müğənni Rəqsanə açıqlama verdi:
“Aysun bu paltarın dizaynın ötən ay düşünüb. Son bir həftədə tikib hazır edib. Məclislərə geyindiyim sonuncu ən yaxşı libaslarımın müəllifi Aysundur. Qızım sırf beyninin məhsulunu ortaya qoyub. Onun zəhmətini itirirmək yox, dəyər verilməsini isəyirəm. Sadəcə, hər iki paltarın parçasında oxşarlıq var və oxşarlıq da bu səbəbdən yaranıb” - deyən Rəqsanə xanım Aygün Kazımova ilə münasibətlərindən danışdı:
“Aygün xanıma hörmətim sonsuzdur. Münasibətlərimiz çox yaxşıdır. Geyimlərini də bəyənirəm. Özümün qarderobum da kifayət qədər zəngindir və hamı geyim zövqümün yüksək olduğunu deyir. Hər ikimizin geyimi gözəldir”.