Rəqsanə bir yerdə dayanmır - FOTOLAR

MAQAZİN
08:43 04.02.2013
4189

Müğənni Rəqsanə İsmayılovanın Türkiyədə planlaşdırdığı yaradıcılıq planları axarı ilə davam edir. AZXEBER.COM-un məlumatına görə, bir necə gün öncə Moskvadan Bakıya gələn sənətçinin səfəri çox çəkməyib. Mətbuat katibi xəbər verir ki, Türkiyədəki heyətlə iş prosesini öyrənənən sənətçi öncə Moskvaya qayıtmalı olub. Orada iki tədbirdə çıxışı planlaşdırılan Rəqsanə xanım bu günlərdə yolunu Türkiyədən salacaq. Son məlumat olaraq, sənətçi bildirib ki, hazırlıq prosesi gedən albom yüksək səviyyədə hazırlanır. Bura 12 mahnı daxil ediləcək. Musiqisi Rəqsanə xanımın özünə məxsus olan mahnıların aranjeman işi artıq başa çatıb. Sənətçi Türkiyədə onları dinləyib, səsləndirmə prosesinə başlayacaq.

R.İsmayılova bildirib ki, albom üzərində peşəkarlar çalışır. Proses başa çatan kimi mahılardan biri elə Türkiyədə ekranlaşdırılacaq. Sənətçi ilə bağlı nəzərdə tutulan serialın çəkilişləri də o ərəfələrə nəzərdə tutulub.

Qeyd edək ki, bu günlərdə Rəqsanə xanımın hamıdam gizlətdiyi oğlu olduğu barədə xəbər yayılıb. SOY pproduction-ın maqazin verilişində Rəqsanə belə bir fikir səsləndirib və sonda zarafat olduğunu bildirib. O, anons üçün səsləndirdiyi zarafatın tamaşaçılarının səmimi qarşılayacağına inanıb.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR