Rəqsanə dərmanlarla arıqladığını etiraf etdi - Foto

Rəqsanə dərmanlarla arıqladığını etiraf etdi - Foto
MAQAZİN
21:35 15.03.2019
4134
Müğənni Rəqsanə İsmayılova son günlər xeyli arıqlamasının səbəbini açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə, sənətçi "Show news" verilişinə açıqlamasında dərmanla artıq çəkidən xilas olduğunu etiraf edib. Rəqsanə şəkillərini fotoşop etməsi iddialarına da cavab verib:

"Bütün xanımlar soruşurlar ki, əməliyyat etmisən? Deyirlər ki, şəkildə bədənimi korreksiya edir, özümü kəsir, pomada vururam. Bunların heç birini bilmirəm. Mənə nəsə lazım olanda ya Aysuna, ya Yağmura göndərirəm ki, fotoşop edin. 

Arıqlamaq üçün ciddi pəhriz saxlayıram: yemək yemirəm. Həm də dərman istifadə edirəm. Hər gün çay içir, pomidor-xiyar yeyirəm. Həfdədə bir dəfə ya xəngəl, ya badımcan-dolması yeyirəm. Hazırda 60 kiloqramam, 20 kiloqram arıqlamışam".

Rəqsanə yenidən ana olmaq istədiyini də söyləyib:

"Belə sürətlə arıqladığımı görəndə, deyirəm 2019-cu ildə də uşaq dünyaya gətirim. Amma qeysəriyyə yolu ilə ana olduğum üçün bir az vaxt keçməlidir".
 

 


OXŞAR XƏBƏRLƏR