Rəqsanə: 'Elə etməyin ki, ...'

MAQAZİN
17:26 18.04.2013
2275
ADP sədri Sərdar Cəlaloğlunun Səməd Vurğun haqqında təhqiramiz ifadələr işlətməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Partiya sədrinə qarşı ən sərt açıqlama isə mərhum şairin oğlu Vaqif Səmədoğludan gəlib. Belə ki, o, Sərdar Cəlaloğlunu müğənni Rəqsanəyə bənzədib. Bu bənzətmə isə qarşı tərəfi bir qədər də aqressivləşdirib və o öz növbəsində “Rəqsanə Vaqifin özüdür" deyib.Müğənni Rəqsanə İsmayılova açıqlamasında bildirib ki, iki kişinin arasında yaranmış mübahisənin ona qətiyyən aidiyyatı yoxdur: “Mən heç nə anlaya bilmirəm. İki kişi mübahisə edir. Biri hörmət etdiyimiz Səməd Vurğunun yadigarı Vaqif Səmədoğlu, digəri isə siyasətçidir. Əgər aralarındakı anlaşılmazlığı həll edə bilmirlərsə, Rəqsanənin adından niyə istifadə edirlər? Özü də o mövzunun Rəqsanəyə heç bir aidiyyatı yoxdur. Gedin, mübahisənizi öz aranızda həll edin. Elə etməyin ki....”

OXŞAR XƏBƏRLƏR