Müğənni Rəqsanə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı ilə paylaşdığı şəkillərini "Insatgram" səhfəsindən silib.
Müğəninin yaxınlarından daxil olan məlumata görə, Rəqsanənin belə addımı atmağına səbəb həyat yoldaşından ayrılmağıdır.
Bu haqda daha ətraflı məlumat almaq üçün Rəqsanə İsmayılova ilə əlaqə saxlamağa çalışdıq. Onun mobil telefonuna zəng çatmadı.
Qeyd edək ki, ifaçı həyat yoldaşının kimliyini gizli saxlasa da, onun fotolarını səhifəsində izləyiciləri ilə paylaşırdı.
///ATV.az