lMüğənniRəqsanəçəkisini o dərəcədə azaldıb ki, nəticədə bədən quruluşu ilə modelyerlərin marağına səbəb olub. Anspress-in məlumatına görə, modellərdən seçilməyən arıq müğənni modelyer Sakit Abbasovun "SakNez" Moda Evinin siması olmaq təklifi alıb. Rəqsanə belə bir təklifi gözləmədiyindən əvvəlcə bir balaca tərəddüd edib.“Sözün düzü, eşidəndə zarafat kimi qəbul etdim. Başa düşəndə ki, ciddi söhbətdir, əvvəlcə razılaşmaq istəmədim. Çünki bacara bilməyəcəyimdən qorxdum. Sonra isə özüm - özümə dedim, niyə də yox?. Bir tərəfdən də SakNezin geyimlərini çox bəyənirəm. Bura ilə tanışlığımdan bəri xaricdən səhnə geyimi almıram”, - deyə Rəqsanə əlavə edib.Müğənni ona veriləcək qonorarın məbləğı barədə açıqlama verməkdən boyun qaçırıb.