Rəqsanə qızını ərə vermədən nənə olacaq - VİDEO

MAQAZİN
15:00 06.02.2013
2763

Nişanlısının kimliyini ciddi-cəhdlə gizlədən müğənni Rəqsanə danışıb.

Gün.Az xəbər verir ki, müğənni “ATV Maqazin” verilişinə açıqlamasında nişanlısının tanınmış biznesmen olduğunu deyib.“Onu hər kəs tanıyır. Ortalıqda görünməyi sevməyən bir insandır. O, mənə sənətimi davam etdirməyə icazə verir”.R.İsmayılova gələcəkdə toyunun mümkün ola bilməsindən də danışıb.“Özümüzə toy etməli olsaq, bunu təmtəraqlı etməyəcəyik. Mənim o yaşım da deyil ki, özümə toy çaldırım. Amma bu, o insanın istəyidir. Onu da deyim ki, o insanın övladları var. Onlar məni, uşaqlarımı tanıyırlar. Onun uşaqları ilə bizim normal münasibətlərimiz var. Bir sözlə, çox xoşbəxtəm”.

OXŞAR XƏBƏRLƏR