Rəqsanə: "Şortik geyinmək eyibdirsə..." - FOTO

Rəqsanə: "Şortik geyinmək eyibdirsə..." - FOTO
MAQAZİN
11:29 18.07.2016
1633
Müğənni Rəqsanə İsmayılova uzun saçlarını qısaldıb.

Axşam.az-ın məlumatına görə, hər zaman qaynaqla dolaşan sənətçi onları çıxartdırıb.

R.İsmayılova, eyni zamanda, sosial şəbəkədə ünvanına yazılan təhqirlərə cavab verib:

"Düşündüm bu İnstaqram-da bir-iki adama cavab verim, sonra dedim boş ver. Hələ anlamırlar, sonra başa düşərlər. Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci, mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şortik geyinmək eyibdirsə, siz geyinməyin".
İfaçı məşq zamanı paylaşdığı videoları qınayanlara və səsinin olmadığını söyləyənlərə bunları deyib:

"Mənim səsim olmasa, əlimə mikrofon almaram. Sizinlə paylaşdığım videolar isə məşqdəndir. Burada olan aparat yüksək keyfiyyət verə bilməz. Məni istəyən də, istəməyən də sağ olsun. Mənim insanlığım, sadəliyim, təmizliyim imkan vermir ki, sizin qəlbinizə dəyim".
OXŞAR XƏBƏRLƏR