MüğənniRəqsanə İsmayılovanın Türkiyə ilə bağlı layihələri həllini tapır. Ötən gün böyük heyətlə birlikdə klip çəkilişi baş tutub. Bundan öncə isə o, Türkiyə mediasının diqqətində olub. Çəkiliş meydançasında jurnalistlərlə görüşən müğənni özünü qardaş ölkənin media nümayəndələrinə təqdim etməklə, yaradıcılıq işi haqqında söz açıb. Eyni zamanda Türkiyəyə tanınmaq və çalışmaq adı ilə gələn sənətçilərimizə onlardan dəstək olmalarını istəyib. Sözünün davamında sualları cavablandıran sənətçi ekranlaşdırılan “Alma məndən gözlərimi” mahnısının söz və musiqisinin özünə məxsus olduğunu qeyd edib. Yaradıcılığının bir qolunu mahnı yazmağa yönləndirdiyini diqqətə çatdıran R.İsmayılova onlardan biriniSelami Şahinə təqdim etmək arzusunu dilə gətirib. Qeyd edək ki, sənətçimizin klipini tanınan rejissorTeoman Topçuərsəyə gətirir. Dünən bəzi kadrları çəkilən klipin daha bir hissəsi 9 ton su tutumu olan hovuzda baş tutub. Sözügedən klipdə Rəqsanə xanımın tərəf-müqabili Türkiyədə fəaliyyət göstərən ispaniyalı aktyor və modelKarlos Martindir.




