Rəqsanənin keçmiş sevgilisi və qardaşı jurnalisti ölümlə hədələdilər
MAQAZİN
18:00 27.11.2012
4029
Adı bir neçə cinayətdə hallanan Azayev qardaşları jurnalist Fuad Mədətovu ölümlə hədələyiblər.Müğənni Rəqsanənin keçmiş prodüseri Təranə Səmədova və keçmiş sevgilisi Faiq və onun qardaşı Fərid Azayev qardaşları gözlənilmədən AzNews.az saytının ofisinə hücum edərək, saytın əməkdaşı Fuad Mədətovu ölümlə hədələyiblər. Onları müğənninin sayta verdiyi “Rəqsanə bu günə qədər danışmadığı gizli faktları açıqladı” başlıqlı müsahibəsi qəzəbləndirib.F. Mədətov açıqlamasında hadisəni belə şərh edib: "Təranə Səmədova, Faiq və Fərid Azayevlər gözləmədiyimiz anda redaksiyamıza daxil olub, səs-küy salmağa başladılar. Təhqiramiz ifadələrlə redaksiyanın əməkdaşlarını söydülər. Sözügedən müsahibənin müəllifi olduğumdan məni ölümlə təhdid etməkdən belə çəkinmədilər. Rəhbərlik onları sakitləşməyə, nizam-intizama riayət etməyə dəfələrlə səsləsə də, onlar sakitləşmək bilmirdilər. Onlar redaksiyanın iş rejimini pozdular, əməkdaşlarımızı isə təxribata çəkməyə çalışdılar. Lakin bütün redaksiya onların bu tərbiyəsizliyinə dözüm nümayiş etdirdi. Onlar isə bu dözümdən sanki bir qədər də qəzəblənir, ayaqlarını döşəməyə bərk-bərk çırparaq, səslərini bir qədər də ucaldırdılar.Əlacsız qaldığımdan məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, polisdən kömək istədim. Yalnız polislərin gələcəyini eşidəndən sonra onlar redaksiyanı tələsik tərk etdilər".Qeyd edək ki, Təranə Səmədova da insidentin baş verdiyi redaksiyada döyülməsi ilə bağlı şikayət ərizəsi ilə Nərimanov Rayon Polis Şöbəsinə müraciət edib.