Rəqsanənin qızından can alan - FOTOLAR

MAQAZİN
15:49 07.12.2014
14640

“ATV” telekanalında yanvar ayından yeni bir veriliş - “Göz önündə” yayımlanmağa başlanacaq. Bu barədə müğənni Rəqsanə İsmayılova məlumat verib: “Verilişimiz yanvar ayından  ATV telekanalında yayımlanacaq. Verilişdə analoqu olmayan dekorasiya olacaq. Mebellərimizdən tutmuş dekorasiyanın kiçik bir hissəsinə qədər Türkiyədə hazırlanır. Çox böyük bir məbləğdə xərcimiz çıxıb. Çox maraqlı verilişlə mən və qızım Aysun görüşünüzə gələcəyik. Canlı ifa olacaq, köməyə ehtiyacı olanlara kömək ediləcək, itkin düşənləri tapacağıq, əsgərlərimizlə görüşlər olacaq. Hər şey, demək olar, hazırdır, sadəcə pavilyonda çəkilişlərimiz qalıb”. Rəqsanə qızı Aysun barədə də danışıb: “Aysun üçün əsas işləridir. Karyera qurmaq arzusundadır. Defileyə hazırlaşıram. Tezliklə mağazası açılacaq”. Qeyd edək ki, Aysun xanım “Göz önündə” verilişinin promo çəkilişi üçün kamera qarşısına da keçib. Həmin fotoları təqdim edirik. (atvxeber)

OXŞAR XƏBƏRLƏR