Rəşad Dağlı məhkəmədən nələri xahiş edib?

Rəşad Dağlı məhkəmədən nələri xahiş edib?
SOSİAL
17:43 11.11.2022
509
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəmədə verdiyi ifadəsinin yeni təfərrüatı məlum olub.

AZXEBER.COM xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rəşad Dağlı məhkəmədə çıxışı zamanı barəsində həbslə bağlı olmayan cəza seçilməsini xahiş edib. 

O bildirib ki, barəsində ev dustaqlığı, polis nəzarəti altına verilmə və ya başqa yerə getməmək barədə qətimkan tədbiri seçilərsə, istintaqdan yayınmayacaq. 

Müdafiə tərəfi də hazırkı şəraitdə həbs qətimkan tədbirinin seçilməsinə hər hansı zərurət olmadığını vurğulayıb. Lakin məhkəmə R.Dağlının xahişini nəzərə almayıb. 

Qeyd edək ki, bu məhkəmə prosesi noyabrın 10-da Qaradağ Rayon Məhkəməsində keçirilib. Hakim Teymur Quliyevin sədrliyi ilə baş tutan iclasda Rəşad Dağlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Noyabrın 10-da yayılan ifadədə Rəşad Dağlı bildirib ki, hadisə zamanı qətl törətmək fikrində olmayıb. Onun sözlərinə görə, hadisə vaxtı bıçaq İskəndər Mehtiyevdə olub və onu öldürməyə cəhd edib. Rəşad Dağlı deyib ki, əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İskəndər Mehtiyevi qətlə yetirib.

İttihama görə, noyabrın 9-da saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İskəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub. 

Belə ki, Rəşad Dağlı İskəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb. Noyabrın 9-da səhər saatlarında onlar Lökbatan qəsəbəsində görüşüblər. 

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İskəndəri bıçaqlayaraq öldürüb. 

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.

O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb. 

İskəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq