Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.
AZXEBER.COM xəbər verir ki, qətllə bağlı yeni detallar üzə çıxıb.
İddialara görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev meyxanaçı Ələkbər Yasamallının qohumudur.
Qeyd edək ki, hadisəyə səbəb İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi olub.
Hadisə bu gün səhər saat 05 radələrində Lökbatan qəsəbəsində baş verib.