Rəşad İlyasovla Rüfət Axundovun məhkəməsində - Qərar

Rəşad İlyasovla Rüfət Axundovun məhkəməsində - Qərar
SOSİAL
16:07 08.05.2019
3882
Yasamal Rayon Məhkəməsində "Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edillib.

Qərara əsasən, R.İlyasov və R.Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən rədd edilib.

Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, "Space” TV-də "Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: "8 Noyabr" Elektrik Stansiyasının açılışı Bakı və Romanın sənaye əməkdaşlığını gücləndirir
14:03 24.06.2025
Nazir: "8 Noyabr" Elektrik Stansiyasının açılışı Bakı və Romanın sənaye əməkdaşlığını gücləndirir
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
13:52 24.06.2025
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
13:50 24.06.2025
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
13:39 24.06.2025
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Bu yol bağlanır - DİQQƏT!
13:30 24.06.2025
Bu yol bağlanır - DİQQƏT!
"Sahibkarlar Forumu" keçirilib
13:28 24.06.2025
"Sahibkarlar Forumu" keçirilib
İranın "nüvə" MESAJI
13:24 24.06.2025
İranın "nüvə" MESAJI
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
13:23 24.06.2025
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
13:18 24.06.2025
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
Leyla və Arzu Əliyevalar bu gənc  ailənin qonağı oldular - FOTOLAR
13:05 24.06.2025
Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT