Rəşad Mahmudov Bəhram Bağırzadənin son durumunu açıqladı: "Müalicə davam edir"

Rəşad Mahmudov Bəhram Bağırzadənin son durumunu açıqladı: "Müalicə davam edir"
SOSİAL
12:49 16.06.2020
1260
"Bəhram Bağırzadənin 48 saatdan bir az çox EKMO cihazı vasitəsilə həyatı uğrunda aparılan müalicə davam edir”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini t.e.d. Rəşad Mahmudov deyib.

O bildirib ki, hazırda gedişatda hər hansı mənfi dinamikanın olmaması, eləcə də laborator analizlərində az da olsa, kiçik müsbət dəyişikliklərin olması həkimlərin bu mübarizədə B. Bağırzadə ilə gələcəkdə uğur qazanmaq üçün ümid işığıdır: "Ümumiyyətlə, dünya tibbinin reallıqlarını nəzərə aldığımız zaman belə zədələnmiş ağciyərin müalicəsindən qısa müddətdə cavab alınması imkansızdır. Bunu nəzərə alaraq yəqin ki, bizim üçün bu günlərdə ən vacib olan məsələ tibbi cəhətdən digər orqanların funksiyalarının qorunması, eləcə də ağciyər yerinə fəaliyyət göstərən EKMO cihazının fəaliyyətinin davam etdirilməsidir. Yəqin ki, bu mübarizə hələ uzun müddət çəkəcək. Bu arada mediada yayılan, həqiqətə uyğun olmayan videogörüntüləri, eləcə də bu fikirlərin  həm ailəsi, həm də tibb işçilərinin həssas dönəmdə gördükləri işə olan münasibətə göstərdiyi təsir və əsası olmayan bilgilərin ortada bu qədər geniş yayılması məsələsinə hamının daha həssas yanaşmasını arzu edirəm. Bildirmək istəyirəm ki, hazırkı vəziyyətdə ağciyər transplantasiyası ilə əlaqədar hər hansı plan yoxdur. Bu vəziyyət təkcə ölkəmizlə əlaqəli deyil, bütün dünyada belə vəziyyətlərdə, xüsusi vəziyyətlər xaricində transplantasiyadan söhbət gedə bilməz”.

R.Mahmudov qeyd edib ki, müalicənin gedişində hər hansı çatışmazlıq yoxdur: "Bu gün ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarəti altında, eləcə də Dövlət Gömrük Komitəsinin tibbi xidmətinin imkanları daxilindən bütün dünyada lazım olan  preparat, dərman vasitələri və tibbi texnologiyada ən yüksək vəziyyətlərdə istifadə olunan avadanlıqlar daxil hər şey əlimizin altında var. Sadəcə, Bəhram bəyin deyil, orada bu xəstəlikdən əziyyət çəkən yüzlərlə xəstə üzərində bu müalicə davam etdirilir. Ümid edirik, Bəhram müəllim və digər xəstələrimizin də bu müalicələr nəticəsində ortaya qoyulmuş əməyə qarşılıq, müsbət nəticələrini əldə etmiş olarıq. Bir daha bu mövzuya həssaslıqla yanaşıldığına görə bütün media mənsubları, eləcə də ictimaiyyətə öz təşəkkürümüzü bildiririk. Hamıdan arzumuz və istəyimiz odur ki, bu məsələyə həssaslıqla yanaşaraq, sadəcə rəsmi qurumların və rəsmi şəxslərin verdiyi məlumatlar xaricində, əlavə məlumatlara uymasınlar və yaymasınlar”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq