Rəşad Məcid Mətbuat Şurasının sədri olacaq? - AÇIQLAMA

Rəşad Məcid Mətbuat Şurasının sədri olacaq? - AÇIQLAMA
MEDIA
12:22 29.08.2022
287
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurasının sədri vəzifəsini icra edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən R.Məcid Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib:

"Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.

Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun istefa ərizəsi yazması və onu Rəşad Məcidin əvəz edəcəyi barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR