Rəşad Məciddən jurnalistin intihar bəyanatına reaksiya: “Yolverilməz və təəssüfedicidir”

Rəşad Məciddən jurnalistin intihar bəyanatına reaksiya: “Yolverilməz və təəssüfedicidir”
MEDIA
11:43 06.06.2023
230
Rəşad Məcid telejurnalist Ceyhun Rzayevin intihar bəyanatına reaksiya verib.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid telejurnalist Ceyhun Rzayevin intihar bəyanatına reaksiya verib.

Sosial şəbəkə hesabında paylaşım edən Rəşad Məcid, telejurnalistin bu addımı atmasına səbəb valideynləri və yaxınlarının olduğunu bildirib:

"Ceyhun Rzayevin təngə gəlməsinin səbəbi açıqlananda qınanılacaq ilk hədəf valideynləri və yaxınları olacaq. Bu cür qadağan metodlarla ailədaxili problemin həllinə çalışmaq isə yolverilməz və təəssüfedicidir”, deyə R.Məcid qeyd edib.

MŞ-nın sədri jurnalistə təmkin və səbr arzulayıb.
 
Günel

 
OXŞAR XƏBƏRLƏR