Rəşad Məcidin “Xilaskarı” - ŞEİR

Rəşad Məcidin “Xilaskarı” - ŞEİR
KÖŞƏ
07:57 06.10.2011
1919

Xilaskarım!

Sən – dərdin qənimi! Sən – qüssənin cəlladı! Sən – ağrıların keyidicisi! Sən gerçək – yalan artan çoxalan yüzə – minə vurulan bəd xəbərlərin qovucusu! Valerianım! Korvalolum! Validolum!

Sən – ən kədərli anımın sirdaşı ən kefli halımın yoldaşı!

Sən olmasaydın beynimə mikrob tək düşən qanıma işləyən bu fəlakət virusları bu faciə bu ölüm epidemiyaları

çoxdan yayılmışdı beynimin hər küncünə ürəyimin dibinə! Yayılmışdı yosun tək! Sən saxladın onu damarlarımın divarlarında beynimin uzaq küncündə! Qoymadın yayılmağa! Boğazımdakı qəhərdən qalxıb beynimdə insulta ürəyimdə infarkta keçməyə qoymadın! Sən ən böyük rahatlığım! Ona görə yeyirəm ki dadına dad artıracaq! İçirəm ki, səni şirinləşdirəcək! Sənə görə yeriyir sənə görə gəzirəm! Səhər tezdən yanındayam = bir qurtum su ilə bir qaşıq balla! Axşam səninlə bağlanır göz qapaqlarım! Xilaskarım!

Kimdi səni anlayan - Barmaqla sayılan azlar! Çörəyi dizinin üstə olan Ətəyindən tutub qalxan sonra səni söyən tapdalayan naxələf dayazlar! Ən çətin anlarında da barmaqlarını aralayıb – birin ver- deyənlər!

üstünə yüyürür bəşər! Səni göydələnlərdən çıxarıb bomj kimi qapı ağzına atırlar təyyarələrdən otellərdən qaçaq salırlar Səni hava limanlarında bir küncə sıxdılar Səni qatarlarda ən kirli vaqonlarda qapadılar! Dözdün dayandın! Sakit baxdın! Üstünə yuyurdu qanunlar yasalar! Orda onun burda bunun bəyanatı! Bizdə də Qənirə xanımın qanun layihəsi! Qapalı alanlar! No smokinqlər içiləməzlər çəkmək olmazlar!

Sən olmasaydın bəşər uşaqlıq çağında qalmışdı hələ! Sənsən dünyanın ən böyük kəşfi və ən böyük kəşflərinin cığır açanı! Ən gözəl musiqinin ən ilahi sözün qanad verəni!

dün on adama ağız açdım qapısında içiləməz yazılan odamda sənə bir tabaq tapılanacan! İncimə küsmə!

Bu şeirdə mənim sənə təşəkkürüm sədaqətim! Tütünüm ! Nikatinim! Tüstüm! Siqaretim!

OXŞAR XƏBƏRLƏR