Rəşad Sadıqov bahalı avtomobili ilə qəza törətdi

Rəşad Sadıqov bahalı avtomobili ilə qəza törətdi
SOSİAL
21:07 11.10.2017
1905
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.
 
AZXEBER.COM yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
 
Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, "Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin "Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.
 
Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
 
Qeyd edək ki, məlumatı Ağdam klubundan da təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR