Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov FİFA-nın “Qızıl top” mükafatı – 2012-ci ilin ən yaxşı oyunçusu adına üç namizədi təxmini müəyyənləşdirib.
Bu haqda futbolçu özü məlumat verib. O qeyd edib ki, hər üç namizədi İspaniya millisinin oyunçularıdır: “Beynimdə birinci yer üçün Xavi, ikinci yer üçün İnyesta, üçüncü yer üçün isə Kasilyası nəzərdə tutmuşam. Mən bu futbolçuları həm İspaniya millisindəki uğurlarına, həm də La Liqadakı oyunlarına görə seçmək istəyirəm”.
R.Sadıqov yaxın günlərdə qəti seçim edəcəyini bildirib.