Rəşad Sadıqov millidən gedir - Kapitanın sonuncu matçı...

Rəşad Sadıqov millidən gedir - Kapitanın sonuncu matçı...
İDMAN
10:28 02.10.2017
1196

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığma karyerası ilə bağlı vacib qərar qəbul edib.

Təcrübəli kapitan milli ilə vidalaşır.

35 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya ilə matçda milli komandada sonuncu oyununa çıxacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 5-i, Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

Onu da bildirək ki, Rəşad Sadıqov 2001-ci ildən əsas millimizdə çıxış edir.

///yeniçağ.az
OXŞAR XƏBƏRLƏR