Rəşad Sadıqov: ''Portuqaliyadan belə oyun gözləmirdik''

İDMAN
10:46 12.09.2012
2250

"Portuqaliyadan belə oyun gözləmirdik. Baş məşqçi Paulo Bentudan sonra Portuqaliyanın oyunu dəyişib. İndi onlar daha səviyyəli futbol nümayiş etdirirlər".

Qol.Az-ın Portuqaliyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov Portuqaliya ilə oyundan sonra deyib.

Sadıqov komandanın heyətində ən yaxşı qapıçı Kamran Ağayevin çıxış etdiyini bildirib: "Kamran komandanı bir neçə real qoldan xilas etdi. Təəssüf ki, son dəqiqələrdə daha iki topu qapımızdan buraxdıq.Mən buna çox heyfslənirəm. 0:1 hesablı məğlubiyyət daha yaxşı olardı".

Kapitan millimizin Rusiyaya qarşı oyununa da toxunub: “Rusiya Portuqaliyadan güclü komandadır. Onların İsraili 4:0 udması da bunun sübutudur. Ruslara qarşı Portuqaliya ilə oyundakı kimi deyil, fərqli futbol oynayacağıq".

OXŞAR XƏBƏRLƏR