Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədəsini müayinə olunmaq üçün bu gün Türkiyəyə yollanıb.
Qol.Az-ın müxbiri ilə söhbətində o deyib ki, millinin heyətində olan zaman dizimə iynə vurulub: “Diz isə iynəni sevmir. İynədən sonra məşqlər etməyə başladım. Amma bundan sonra ayağımda ağrılar baş qaldırdı və vəziyyət pisləşdi”.
R.Sadıqov bildirib ki, Türkiyədə hələlik müayinədən keçməyib: “Burada yaxşı bir həkim var. Onun yanına gəlmişəm. Hələlik durumumun necə olduğunu söyləyə bilməyəcəyəm. Türkiyə və ya Azərbaycanda müalicə alacağım da dəqiq deyil. Bu, qoyulan diaqnozdan asılı olacaq”.