Rəşad Sadıqov: "VAR-a daha təcrübəli hakimləri təyin etsinlər"

Rəşad Sadıqov: "VAR-a daha təcrübəli hakimləri təyin etsinlər"
İDMAN
23:29 21.08.2022
346
"Keçən il deyirdim və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis 6 dəqiqə VAR-a görə oyunun dayandırılmasına qarşı çıxıb: "Baş hakimə həmin epizoddan əvvəlki an göstərilmədi. Axı buna elm lazım deyil. VAR-a görə altı dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqyaıt" əks-hücuma çıxdı. Nəsə, qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir".

Sadıqov VAR-a daha təcrübəli referilərin təyin olunmasını istəyib: "Baş hakim Rəvan Hamzadadə dedi ki, futbolçuya toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get özün bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar. Qarşılaşmanın bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir".
OXŞAR XƏBƏRLƏR