Rəşad Süleymanov - Qusardan ən iddialı namizəd

Seçki2020
14:40 22.01.2020
3681
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Musa oğlu Süleymanov deputatlıq mandatı uğrunda mübarizə aparacaq.

Süleymanov Rəşad Musa oğlu 30 may 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbin 1-ci sinfinə gedib, sonradan təhsilini Nərimanov rayonu "Araz” ekoloji liseyində davam etdirib və 2001-ci ildə həmin liseyi bitirib.

2002-2004-cü illər ərzində Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində "Language Systems International” biznes dil kursunu bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə tamamlayıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2004-cü ildən 2006-cı ilədək ADO-G Şirkətlər Qrupunda Kommersiya üzrə direktor və Marketinq üzrə direktor vəzifələrində işləyib. 2009-cu ildən 2010-cu ilədək ADO-G Şirkətlər Qrupunda Beynəlxalq əlaqələr üzrə direktor vəzifəsində, 2010-cu ildən indiyədək isə baş direktor vəzifəsində işləyir.

2013-cü ildə "Gemini Studio” MMC-ni təsis edib. Müxtəlif kurs və seminarlarda iştirak edib. Azərbaycan, ingilis, rus, türk və ləzgi dillərini əla səviyyədə bilir. Heç bir siyasi partiyanın üzvü deyil. Hazırda Bakı şəhərində yaşayır. Evlidir, iki övladı var.
 
AZXEBER.COM Rəşad Süleymanovun platformasındakı əsas məqamları təqdim edir:

1. İşsizlik və peşə təhsili – Qusar şəhərində, xüsusilə gənclərin arasında işsizlik ilə mübarizə. İşsizliyin aradan qaldırılması üçün müasir metodikaların istifadəsi və peşə təlimlərinin keçirilməsi. Məsələn: Turizm və qonaqpərvərlik (hotel və restoran idarəetmə) təlimləri. Gənclər təlimləri keçdikcə turizm sektorunda sertifikatlı peşəkar kadrlar ola biləcək və bu da öz növbəsində, onlara gələcək karyeralarını bu sektorda uğurla davam etdirmək üçün təkan verəcək.

2. Kiçik biznesə dəstək – Son illər ərzində Qusar Azərbaycanın aparıcı turizm mərkəzlərindən birinə çevrilir və bu da öz növbəsində şəhərdə kiçik biznesin inkişafı üçün əlverişli mühit yaradır. Bu mühitdən yararlanmaq üçün Qusar əhalisinə mövcud mənbələrdən isitfadə imkanlaranın düzgün yolları göstərilməli və onlara dəstək olunmalıdır. Məsələn:

- Turistlərin kənd camaatın əmlakı və təsərrüfatlarında yerləşməsinin təşkili;

- Aqroturizmin inkişafı. Aqroturizm – turistlərin kənd yerlərinə gəldikləri, kənddə bir müddət yaşadıqları və işlədikləri, kəndlilərin həyatı, ərazinin adət və mədəniyyətləri və kənd təsərrüfatının ənənəvi növləri ilə tanış olduqları turizm növüdür.

 


3. Sağlam həyat tərzinin təbliği – Parklarda və digər ictimai yerlərdə idman meydançaları quraşdırılmalıdır. İdman avadanlıqları ilə təchiz edilmiş meydançalar hər kəs üçün əlçatan və ödənişsiz olmalıdır ki, bu da öz növbəsində əhali arasında sağlam həyat tərzini təbliğ etməyə təkan verəcək.

4. Keyfiyyətli internet – İndiki zamanda gündəlik həyatımızı və işimizi İnternetsiz təsəvvür etmək mümkün deyil. Bundan əlavə, internet böyük bir bilik mənbəyidir və internetə çıxış mövcudluğu birbaşa əhalinin inkişafı və qazancı ilə əlaqəlidir. Məhz buna görə də Qusar əhalisinin keyfiyyətli internetə çıxışı olması həddindən artıq zəruridir və bu məsələ üçün həll yolu tapılmalıdır.

5. İnvestisiya mühitinin təşviqi – Yerli və xarici investorları cəlb edərək onlara Qusarın investisiya mühiti haqqında ətraflı məlumat vermək və bununla da yeni iş yerlərinin açılmasını stimullaşdırmaq.

6. Gender məsələsi – Qusar rayonunda uşaq bağçalarının açılması üçün tədbirlər görüləcək, bu da öz növbəsində evdə övladına baxan qadınlara vaxta qənaət etməkdə və iş tapmaqda böyük kömək olacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:20 30.09.2020

Azərbaycan Ordusundan uğurlu əməliyyat: Erməni generalı və zabitləri məhv edildi - VİDEO

23:43 29.09.2020

“Haber Global”ın AzTV ilə ortaq yayımı - CANLI

23:40 29.09.2020

XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

23:22 29.09.2020

Qətər Əmiri İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə etdi

23:20 29.09.2020

Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu - ölən var

23:18 29.09.2020

Ermənistan ordusunun mövqeləri darmadağın edildi - Müdafiə Nazirliyi

23:09 29.09.2020

İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

23:04 29.09.2020

Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

23:02 29.09.2020

Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarıldı

22:51 29.09.2020

“Telegram”ın ən böyük rus və erməni kanalları da “Qarabağ Azərbaycandır” dedi - SORĞU

22:48 29.09.2020

XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

22:33 29.09.2020

İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı Rusiya telekanalında çıxış edib - TAM MƏTN

22:11 29.09.2020

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO

21:52 29.09.2020

Paşinyan Putinə zəng etdi

21:49 29.09.2020

Ceyhun Bayramov litvalı həmkarı ilə Qarabağı müzakirə etdi

21:47 29.09.2020

Ağdamda yaşayış evinə top mərmisi düşdü

X Mostbet