Rəsədxanadan yerə yaxınlaşan təhlükəli asteroidlə bağlı AÇIQLAMA

Rəsədxanadan yerə yaxınlaşan təhlükəli asteroidlə bağlı AÇIQLAMA
SOSİAL
16:21 19.04.2017
1087

 

"Aprelin 20-də böyük JO25 adlı böyük asteroid Yerin yaxınlığından keçəcək. Lakin bunun Yerə bir təhlükəsi yoxdur”.

 

Bunu AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

 

Onun sözlərinə görə, bu asteroid dəqiq orbiti üzrə hərəkət edir. Bu gün maksimal yaxınlaşmanın olacağını deyən X. Mikayılov əlavə edib ki, JO25 adlı asteroid  2014-cü ildə kəşf edilib: "Ölçüsü 1.5 km-dir. Yerə ən yaxın məsafəsi 1.76 milyon km olacaq. Bu da Ayla Yer arasındakı məsafədən 4.6 dəfə böyükdür. Asteroidin hərəkət sürəti 33.6 km/san təşkil edir. Onu adi gözlə görmək mümkün olmayacaq. Bu asteroidin parlaqlığı adi gözlə görə bildiyimiz ən zəif ulduzdan 100 dəfə zəifdir. Onu görünüş sahəsi böyük olan teleskoplardan izləmək olar. Azərbaycandan bu asteroidi aprelin 19-u gecədən səhərə kimi, sabah isə axsam saat 01:00-a kimi görmək mümkün olacaq. Asteroid adi ulduz kimi deyil və. Teleskopla baxdıqda ulduzlar nöqtə kimi, bu obyekt isə nazik uzun bir xətt kimi görünəcək. Bu asteroidin ölçüsü bir az böyük olduğuna görə səs-küyə səbəb olub. Ümumiyyətlə, həftə ərzində bir neçə dəfə müxtəlif ölçülü asteroid Yerin yaxınlığından keçir və heç bir təhlükə yaratmır. Lakin bunun ölçüsü çox olduğundan Yerə çox yaxın olsaydı təhlükə ehtimalı ola bilərdi. Ancaq indi Yerdən çox uzaq məsafədə keçdiyindən təhlükə gözlənilmir”.


X. Mikayılov əlavə edib ki, bu asteroidin bir də Yerə yaxınlaşması 500 ildən sonra gözlənilir. 2004-cü ildə ölçüsü 5 km olan asteroid Yerlə Ay arasındakı məsafədən 4 dəfə artıq bir məsafədən keçib. Direktor müavini qeyd edib ki, birdə belə bir nəhəng asteroidin Yerin yaxınlığından keçməsi 2027-ci ildə gözlənilir: "Bu asteroid Yerdən bir Ay məsafəsi qədər, yəni 380 min km məsafədən keçəcək. Bu da Yerə indikindən 4,6 dəfə yaxın deməkdir. O, daha parlaq olacaq və qaranlıq havada adi gözlə görmək mümkün olacaq. Onun parlaqlığı adi gözlə görünən ulduzdan 2,5 dəfə az olacaq”. 


//apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər