Rəsmi Bakı: Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır

Rəsmi Bakı: Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır
SİYASƏT
17:11 27.02.2024
220
Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb.

O vurğulayıb ki, bu bəyanat 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir:

"Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi.

Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir.

Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb".

A.Hacızadə bildirib ki, 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb:

"Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib.

Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur.

Ermənistan XİN-ə xatırladırıq ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib.

Ermənistan tərəfinin guya ermənilərə qarşı "etnik təmizləmə” siyasəti həyata keçirildiyi, tarixi və dini abidələrin hədəf alındığı barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərdan “qışqıraraq, oxuyursan” deyənlərə cavab verdi
14:08 23.05.2025
Mərdan “qışqıraraq, oxuyursan” deyənlərə cavab verdi
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
14:08 23.05.2025
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
Baş rol üçün razılığa gəldilər
13:54 23.05.2025
Baş rol üçün razılığa gəldilər
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
13:41 23.05.2025
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
13:34 23.05.2025
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
13:31 23.05.2025
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
13:28 23.05.2025
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
13:24 23.05.2025
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
13:23 23.05.2025
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
13:12 23.05.2025
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
13:10 23.05.2025
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
13:06 23.05.2025
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək
13:04 23.05.2025
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək
"Qarşıdakı 4 gün..."-Astroloqdan XƏBƏRDARLIQ
13:02 23.05.2025
"Qarşıdakı 4 gün..."-Astroloqdan XƏBƏRDARLIQ
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə vaxt imzalanacaq? - "Onlar şərtlərimizi qəbul etməlidir"
12:56 23.05.2025
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə vaxt imzalanacaq? - "Onlar şərtlərimizi qəbul etməlidir"
Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil
12:44 23.05.2025
Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil