XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır

SİYASƏT
11:15 26.09.2020
1202

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ermənistan XİN-in Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışına dair açıqlamasını şərh edən L.Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir: "İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.

Əgər Ermənistanın bundan öncəki prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.

Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri – budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yetinə yetirmək bacarığında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkə XİN-in, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.

Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaq".


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:42 31.10.2020

Avropanın daha bir ölkəsində karantin elan edildi

23:23 31.10.2020

Düşmənin artilleriya və minaatan batareyaları məhv edilib - Video

23:03 31.10.2020

MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır

22:33 31.10.2020

Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

22:12 31.10.2020

Azərbaycanda şəhid analarına həsr edilmiş film çəkildi - VİDEO

22:11 31.10.2020

Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub

21:51 31.10.2020

Mixeil Saakaşvili: “Gürcüstanda hakimiyyət dəyişir”

21:38 31.10.2020

Azərbaycan Ordusunun döyüş ruhunu göstərən VİDEO

21:36 31.10.2020

Makron: “Mən Müsəlmanların hisslərini başa düşürəm”

20:30 31.10.2020

Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"

20:12 31.10.2020

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

18:46 31.10.2020

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

18:27 31.10.2020

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

18:10 31.10.2020

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"