Rəsmi Bakı Niderland parlamentini tənqid etdi

Rəsmi Bakı Niderland parlamentini tənqid etdi
SİYASƏT
13:33 03.03.2021
929
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib. 

Bu barədə AZXEBER.COM-a XİN-dən məlumat verilib. 

O bildirib ki, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir.

"Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər”, - deyə L.Abdullayeva bildirib.

O xatırladıb ki, bu ilin 2 mart tarixində İtaliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında "Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə qəbul olunub:

"Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar. Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb”.

XİN rəsmisi deyib ki, İtaliya parlamenti ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırıb və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd edib.

"Ümumiyyətlə, bildiyiniz kimi, artıq ikinci dəfədir ki, İtaliya parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanıb. Tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunublar”.

Bu ilin 25 fevral tarixində Niderland parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən "Azərbaycan tərəfindən həbs edilmiş hərbi əsirlərin azad edilməsi ilə bağlı” Niderland hökumətinə çağırış edən qətnamə qəbul olunmuşdu.

L.Abdullayeva söyləyib ki, Niderland parlamentinin növbəti əsassız və tamamilə birtərəfli xarakter daşıyan bu sənədi Komitənin hər zaman qərəzli mövqeyi ilə tanınan üzvlərinin canfəşanlığı nəticəsində qəbul olunub.

"Qeyd etmək istərdim ki, qətnamənin müzakirəsi zamanı iclasda çıxış edən Niderland xarici işlər naziri Stef Blok qətnamənin əleyhinə çıxış edib, həm Ermənistan, həm də Azərbaycanın hərbi əsirlərlə bağlı qarşılıqlı iddialarının olduğunu söyləmiş və qətnamədə hər iki tərəfə çağırışın edilməsi düzəlişini təklif edib. Buna rəğmən qətnaməyə düzəliş edilməyib. Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir.

Bir daha vurğulamaq istərdik ki, hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir. Bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir”, - deyə L.Abdullayeva fikrini yekunlaşdırıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı