08:27 Bazar Günü, 25 Avqust 2019
SİYASƏT

Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pislədi

22:09, 21.04.20193945
Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pislədi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN-in rəsmi "Facebook" səhifəsinə yerləşdirilən məlumatda deyilir.

"Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - deyə nazirliyin məlumatında qeyd olunub.
XƏBƏR LENTİ