Son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması Ermənistanın təxribatıdır və bununla rəsmi İrəvan beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Eyni zamanda baş verənlər barədə yanlış məlumat verməklə Ermənistan öz xaqını da aldadır.
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev cəbhədə baş verənlərə münasibət bildirərkən deyib.
"Bu təxribatlar münaqişənin həllinə mənfi təsir göstərir və rəsmi İrəvanın münaqişənin həllində qeyri-konstruktivliyini davam etdirməsini göstərir". O deyib ki, baş verən gərginliyin kökündə işğal faktı dayanır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməlidir ki, biz növbəti mərhələlərə başlaya bilək.