Rəsmi Moskva Yaponiya səfirliyinin əməkdaşlarını “persona non qrata” elan edib

Rəsmi Moskva Yaponiya səfirliyinin əməkdaşlarını “persona non qrata” elan edib
DÜNYA
23:56 27.04.2022
406
Rəsmi Moskva rusiyalı diplomatların qovulmasına cavab olaraq Yaponiya səfirliyinin səkkiz diplomatik əməkdaşını "persona non qrata” elan edib və onlara mayın 10-dək Rusiyanı tərk etmək göstərişi  verilib.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

"Rusiya tərəfi 8 yapon diplomatik işçisinin mayın 10-dək ölkəmizi tərk etməsini tələb edib. Hadisələrin bu cür inkişafı üçün tam məsuliyyət yalnız Rusiya ilə dostluq, konstruktiv münasibətlərdən imtina etmək lehinə seçim edən Yaponiya hökumətinin üzərinə düşür” – deyə mesajda qeyd edilir.

Aprelin 8-də bildirilmişdi ki, Yaponiya hakimiyyəti səkkiz rus diplomatını "persona non qrata” elan edib. Tokionun qərarı həmçinin Rusiya səfirliyinin və Tokiodakı ticarət missiyasının əməkdaşlarına da aid olub.
OXŞAR XƏBƏRLƏR