AZXEBER.COM xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"a transfer olunub.
"Şiroki Briyeq" klubunun yetirməsi olan Martin Zlomisliç 2017-ci ildə əsas komandada debüt edib. O, 2021-ci ildə "Riyeka"ya transfer olunub.
Bosniya və Herseqovinanın U-19 və U-21 millilərində çıxış etmiş qapıçı 2024-cü ildən əsas yığmanın da formasını geyinir. Milli komandada üç oyun keçirən Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada təşkil olunan dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alır.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində "Qarabağ"ın beşinci transferidir. Bundan əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa da Ağdam klubuna qoşulublar.











































