Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır

Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
SİYASƏT
15:50 05.03.2026
401
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pisləyib.

Bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel "X” hesabında bildirib.

Onun sözlərinə görə, "Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib”, bu isə artıq onun "maskasının düşməsinə dəlalət edir”.

XİN rəhbərinin müavini qeyd edib ki, Tehrandakı rejim daha proksi qüvvələrinin arxasında gizlənmir, birbaşa özü hücum edir və xaos yayır.

"Dünya onu dayandırmayana qədər İran dayanmayacaq”, - nazir müavini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR