Respublika stadionu sökülür

Respublika stadionu sökülür
İDMAN
00:21 03.10.2011
2224

Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmirə dayandırılıb.

Hazırda stadionda sökülmə işləri aparılır. Stadionun direktoru Akif İsmayılovun sözlərinə görə, stadionun üstü bağlanacağından işıq sistemləri yenilənəcək. Stadionda olan bütün projektorlar yenisi ilə əvəz olunacaq. Təmir işlərinin Cənubi Koreya şirkəti tərəfindən həyata keçirildiyini deyən A.İsmayılov təmir işlərində yerli mütəxəssislər də iştirak etdiyini əlavə edib. “Stadionun ərazisindəki ot örtüyü də tam dəyişdiriləcək. Stadionun tamaşaçılar əyləşən hissəsinin üzərinin tam örtülməsi nəzərdə tutulur. Həmçinin stadiondə həm tamaşaçılar, həm də idmançılar üçün əlavə rahat şəraitin yaradılması gözlənilir. Köhnə oturacaqların əyalət klublarına və idman müəssələrinə paylanacağı da nəzərdə tutulur. Layihə çərçivəsində köhnə tablo yenisi ilə əvəzlənəcək”, - deyə stadionun direktoru vurğulayıb. Drenaj və istilik sistemlərinin yenidən qurulacağını bildirən A.İsmayılov VİP lojaların hamısının dəyşdiriləcəyini, yenilərin əlavə olunacağını bildirib. Bir sözlə stadionun direktoru təmirdən sonra respublikanın əsas meydanının Avropa standartlarına tam cavab verəcəyini söyləyib. ANS PRESS

OXŞAR XƏBƏRLƏR